BAKI, 28 dekabr. TELEQRAF
Rusiya ordusu döyüş əməliyyatlarının getdiyi cəbhə xəttində strateji təşəbbüsü ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a açıqlama verib.
O bildirib ki, Rusiya ordusu strateji təşəbbüsü ələ keçirib. Ukrayna cəbhədəki vəziyyəti dəyişdirmək üçün səylərini davam etdirir.