EN

Zelenski ABŞ-a getdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın "Public" televiziya kanalı məlumat yayıb.

Görüş 28 dekabr bazar günü, yerli vaxtla saat 13:00-da (Moskva vaxtı ilə saat 22:00) Florida ştatının Palm Biç şəhərində keçiriləcək. Jurnalistlərin iştirakına icazə veriləcək.

Ukrayna nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Hnatov, Ukraynanın iqtisadiyyat naziri Aleksey Sobolev, ölkənin baş naziri Yuliya Svırıdenko, xarici işlər nazirinin müavini Sergey Kıslıtsya və Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksandr Bevz daxil olacaq .

CNN-in məlumatına görə, görüş Avropa liderlərinin iştirakı olmadan baş tutacaq.

Chosen
68
7
publika.az

10Sources