Bakı. Trend:
"Qarabağ" akademiyasının futbolçusu Yavuz Quliyev karyerasınıİspaniyada davam etdirəcək.
Trend xəbər verir ki,"Qarabağ"ın U-16 komandasında çıxış edən futbolçu İspaniyanın"Hueska" komandasınln aşağı yaş qruplarında oynayacaq.
Qeyd edək ki, gənc futbolçu gələcək vəd edən futbolçulardansayılır.