AZ

Zelenski ilə görüşdən qabaq Putinə zəng etdi

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu axşam Floridada keçirəcəyi görüşdən əvvəl Rusiya Prezidenti Vladimir telefon danışığı apardığını açıqlayıb.

Milli.Az xəbər verir ki, Tramp Putinlə apardığı telefon danışığını "yaxşı və son dərəcə səmərəli" kimi xarakterizə edib. Özünə məxsus sosial media platformasında paylaşım edən ABŞ lideri irəliləyən saatlarda Zelenski ilə Floridadakı "Mar-a-Lago" iqamətgahında bir araya gələcəyini qeyd edib.

Rusiya tərəfi də Putinlə Tramp arasında telefon danışığının baş tutduğunu təsdiqləyib. Kremlin açıqlamasında söhbətin təfərrüatları barədə geniş məlumat verilməsə də, təmasın Ukrayna müharibəsi və ikitərəfli münasibətlər başda olmaqla kritik mövzular ətrafında reallaşdığı ehtimal edilir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
55
13
milli.az

10Mənbələr