EN

Skoulz “Mançester Yunayted”də birlikdə oynadığı ən pis oyunçunun adını açıqlayıb

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz klubda indiyə qədər birlikdə oynadığı ən pis oyunçunun adını çəkib.

İdman.Biz bildirir ki, yarımmüdafiəçi avstraliyalı qapıçı Mark Bosniçin oyunundan narazı qalıb.

“Peter Şmeyxeli əvəz etmək lazım gələndə bir neçə namizədimiz var idi. [Massimo] Taibi, Mark Bosniç. Mark “Aston Villa”da olanda onun yaxşı qapıçı olduğunu düşünürdüm. O, bizə gəldi və çox qeyri-peşəkar olduğu ortaya çıxdı. Düzünü desəm, bu, gülünc idi. Zərbə məşqlərində adətən 15-20 zərbə vururlar. Üç zərbədən sonra o, yorulardı: “Oh, yox, başqasına verin”.

Onun topu vura bilmədiyini bilmirdim. Heç vaxt belə bir şey görməmişdim. Mövsümün ilk oyununda “Everton”la səfərdə oynadıq və o, topu meydançanın ortasınadək vura bilmədi. Külək yox idi, mükəmməl bir gün idi. Amma onun ayaqlarına baxsanız, 44 ölçülü, düzünü desəm, o, həmişə yeri tapdalayırdı. Bu, böyük bir məyusluq idi”, Goal.com Skoulzun sözlərini sitat gətirir.

İdman.Biz
Chosen
84
1
idman.biz

2Sources