EN

Balakəndə siqaret qıtlığı yaranıb?

Balakən rayonunda "SADAF TRADE" MMC və "SARVAN" MMC kimi firmalar tərəfindən siqaret satışında süni qıtlıq yaradıldığı iddia olunur.

 

Oxu.az-a danışan sahibkarların sözlərinə görə, bölgədə siqaretin topdan satışında ciddi məhdudiyyətlər tətbiq olunub və artıq 10 gündür mağazalara cəmi 2-3 blok siqaretdən artıq məhsul verilməyib.

 

Sahibkarların sözlərinə görə, bu, əvvəlki satış həcminin yalnız 10%-i qədərdir: "Bölgə satış müdiri və satış menecerləri isə bu məhdudiyyətlərin səbəbini əsaslandıra bilmirlər. Satış nöqtələrində siqaret çatışmazlığı yaranıb. Fikrimcə, yanvar ayında siqaretin qiymətinin artırılmasını planlaşdırdıqları üçün bu addımı atırlar".

 

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Chosen
37
senzor.az

1Sources