EN

KİV: ABŞ deportasiyaları sürətləndirmək üçün Venesuela ilə müharibə ehtimalını araşdırır

Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller düşmən dövlətlərin vətəndaşlarının sürətlə deportasiyasına imkan verən XVIII əsrə aid qanunun tətbiqi məqsədilə ABŞ-ın Venesuela ilə müharibə ehtimalını nəzərdən keçirib.

APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, may ayının əvvəlində Millerin tabeliyində olan şəxslər narkotik kartelləri ilə mübarizə aparmaq üçün hərbi üsulların mümkünlüyünü araşdırmağa başlayıblar. Ağ Ev və digər federal qurumların rəsmiləri gizli əməliyyatlar çərçivəsində daha məhdud variantlar, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dəstəyi ilə pilotsuz vasitələr vasitəsilə lövbərdə olan gəmilərə zərbələr endirilməsini təklif ediblər. Lakin Miller bu zərbələrin açıq və ictimai xarakter daşımasında israr edib.

Qəzetin yazdığına görə, Miller həmçinin bildirib ki, əgər ABŞ və Venesuela müharibə vəziyyətində olsaydı, Vaşinqton XVIII əsrdə qəbul edilmiş “Yadplanetli düşmənlər haqqında” qanundan istifadə edərək yüzminlərlə venesuelalının ölkədən deportasiyasını sürətləndirə bilərdi.

Chosen
21
7
apa.az

8Sources