EN

KİV: "Tottenhem" yanvarda Leon Qoretskanı transfer etmək niyyətindədir

Londonun "Tottenhem Hotspur" klubu yanvar ayında Münhen "Bavariya"sının mərkəz yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır.

"Far.Az" "Caught Offside" portalına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun agenti artıq İngiltərə klubu ilə danışıqlara başlayıb. Qeyd olunur ki, "Bavariya" rəhbərliyi müqaviləsi iyunun 30-da başa çatacaq oyunçu ilə sözləşmənin müddətini uzadıb-uzatmamaq barədə hələ qəti qərar verməyib.

Məlumata görə, Qoretskanın mümkün transferi "Tottenhem"in baş məşqçisi Tomas Frankın təşəbbüsüdür. O, yarımmüdafiəçini heyətin təcili gücləndirilməsi üçün namizəd kimi nəzərdən keçirir. Futbolçu ilə həmçinin "Mançester Yunayted" və Madridin "Atletiko" klubları da maraqlanır.

Leon Qoretska 2018-ci ildən "Bavariya"da çıxış edir. O, Münhen klubunun heyətində altı dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb, 2019/2020 mövsümündə Çempionlar Liqasının və 2020-ci ildə klublararası dünya çempionatının qalibi olub. Almaniya millisinin tərkibində isə 2017-ci il Konfederasiyalar Kubokunu qazanıb. Bundesliqanın cari mövsümündə yarımmüdafiəçi 14 oyun keçirib və məhsuldar fəaliyyəti ilə seçilməyib.

Chosen
64
far.az

1Sources