EN

Şirkətini satdı - 240 milyon dolları əməkdaşlarına payladı

ABŞ-ın Luiziana ştatında Fibrebond şirkətinin sahibi Qrem Uoker şirkəti sataraq bütün əməkdaşlarına ümumilikdə 240 milyon dollar məbləğində mükafat paylayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.

Uoker bildirib ki, şirkəti yalnız o halda satmağa razı olub ki, alıcı yeni işçilər üçün gəlirin 15 faizinin ayrılmasını qəbul etsin.

Fibrebond əməkdaşları şirkətin səhmlərinə sahib deyildilər və qanunvericiliyə görə heç bir ödəniş tələb edə bilməzdilər. Uoker isə sadəcə onlara vida hədiyyəsi vermək və öz gedişinə baxmayaraq iş yerlərində qalmağa ruhlandırmaq istəyib.
 

Məbləğ 540 ştat əməkdaşı arasında bölüşdürülüb. Orta hesabla bir işçi 443 min dollar alacaq. Mükafatın həcmi əməkdaşın iş stajından asılı olub. Pullar onlara beş il ərzində mərhələli şəkildə ödəniləcək.


Fibrebond əməkdaşları rəhbərlərini “Şaxta baba” kimi xatırlayacaqlar. İşçilərin sözlərinə görə, bu vəsait onların həyatını köklü şəkildə dəyişib: bəziləri ipoteka və digər kreditlərini bağlayıb, avtomobil alıb, qohumlarının təhsilini və köçünü maliyyələşdirib. Kimisi isə pulu gələcək üçün banka qoyub.

Fibrebond şirkətini 1982-ci ildə Uokerin atası — Klod Uoker təsis edib. İlkin mərhələdə cəmi 12 əməkdaşı olan şirkət elektrik və telekommunikasiya avadanlıqları üçün anqarlar tikirdi. Sonradan Fibrebond xeyli genişlənib.

Uokerlər həmişə işçilərinə qayğı ilə yanaşıb və ən çətin böhran illərində belə onlara maaş ödəyiblər.

Nəticədə şirkət Eaton korporasiyası tərəfindən satın alınıb və bu sövdələşmə müqabilində Qrem Uoker 1,7 milyard dollar  əldə edib.

Bizim.Media

Chosen
66
bizim.media

1Sources