ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Floridada planlaşdırılan görüşünün vaxtı dəyişdirilib.
"Unikal" xəbər verir ki, görüş dekabrın 28-də yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 22:00-da) Palm-Biçdə keçiriləcək.
Qeyd edək ki, Trampın Mar-a-Laqo iqamətgahı da bu ərazidə yerləşir. Görüşlə bağlı əlavə detallar açıqlanmayıb.