EN

Myanmada çevrilişindən sonra ilk ümumi seçkilərdə səsvermə başlayıb

Myanmada 2021-ci il çevrilişindən sonra hərbi hakimiyyətin keçirdiyi ilk ümumi seçkilərdə səsvermə başlayıb.

APA xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.

Seçkilər Nobel mükafatı laureatı Aung San Suu Kyinin demokratik yolla formalaşmış hökumətinin 2021-ci ildə ordu tərəfindən devrilməsindən sonra keçirilən ilk ümumi seçkilərdir.

Bazar günü keçirilən ciddi məhdudiyyətli seçkilər Cənub-Şərqi Asiya ölkəsinin 330 inzibati rayonunun təxminən üçdə birində baş tutur. Ordu ilə müxtəlif müxalif qüvvələr arasında davam edən şiddətli vətəndaş müharibəsi səbəbindən geniş ərazilər səsvermə üçün əlçatmaz olaraq qalır. İlkin mərhələdən sonra yanvarın 11-də və 25-də daha iki səsvermə mərhələsinin keçirilməsi planlaşdırılır. Ümumilikdə isə 65 rayonda səsvermə tamamilə ləğv edilib.

“Bu o deməkdir ki, hazırkı mərhələdə ölkə əhalisinin azı 20 faizi səsvermə hüququndan məhrum edilib”, – deyə Al Jazeera telekanalının jurnalisti Tony Çenq Myanmanın ən böyük şəhəri Yanqondan bildirib. Onun sözlərinə görə, əsas sual şəhərlərdə seçici fəallığının hansı səviyyədə olacağıdır.

Yanqonda seçki məntəqələri bazar günü səhər saat 06:00-da açılıb. Seçicilərin nisbətən normal axınının müşahidə edildiyi bildirilib. Bununla belə, səs verənlərin əksəriyyətini orta yaşlı insanlar təşkil edib, gənclərin isə azlıqda olduğu qeyd olunub. Jurnalistin sözlərinə görə, seçki bülletenlərində seçimlərin sayı azdır və namizədlərin böyük hissəsi hərbi qüvvələrlə əlaqəli partiyaları təmsil edir.

Chosen
34
2
apa.az

3Sources