EN

Toni Kroos bütün dövrlərin ən yaxşı məşqçisinin adını çəkib

ain.az, sport24.az saytına istinadən bildirir.

"Real"ın və "Bavariya"nın keçmiş yarımmüdafiəçisi Toni Kroos italyan məşqçi Karlo Ançelottini bütün dövrlərin ən yaxşı məşqçisi adlandırıb və bunun səbəbini izah edib. Sport24.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü bununla bağlı "Romario TV" "yutub" kanalına danışıb:

"Bütün dövrlərin ən yaxşı məşqçisi? Karlo Ançelotti. O, böyük komandaları necə idarə etməyi hamıdan yaxşı bilirdi, təkcə futbolda deyil".

Qeyd edək ki, alman yarımmüdafiəçisi 2014-2015-ci illərdə və 2021-2024-cü illərdə Ançelottinin rəhbərliyi altında "Real" oynayıb. İtaliyalı məşqçi "Kral Klubu" ilə üç dəfə Çempionlar Liqasının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
sport24.az

1Sources