EN

Gədəbəydə avtomobil yolları buz bağlayıb

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gədəbəyə qarın hündürlüyü 20 sm-i keçib, avtomobil yolları buz bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qar avtomobillərin hərəkətində bir sıra çətinliklər yaradıb.

Səhər saatlarından başlayaraq aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlər görülür.

Şəmkir rayonunun dağlıq kəndlərinə də güclü qar yağıb, avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Nəqliyyat vasitələrinin rahat hərəkəti üçün Şəmkir-Gədəbəy yolunda və Şəmkir - Yeni Göyçə avtomobil yollarında tədbirlər görülür.

Yol təsərrüfatı işçiləri səhər saatlarından dağ kəndlərinin rayon mərkəzini birləşdirən avtomobil yollarında və Yasamal aşırımında xüsusi texnikakarla qabaqlayıcı tədbirlər həyata keçirir.

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq Qərb bölgəsinin dağlıq rayonlarına qar yağıb. Bir neçə ucqar dağ kəndlərində avtomobil yollarında qismən çətinliklər yaranıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
6
bakivaxti.az

7Sources