EN

Bakıdan uçan təyyarə Moskvaya enə bilmədi

27 dekabr axşamı Bakıdan Moskvaya yola düşən “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt hava limanlarından birinə eniş edə bilməyib və məcburi qaydada Sankt-Peterburq hava limanına yönləndirilib.

“Cebheinfo.az” Musavat.com-a istinadən xəbər verir ki, reys Bakıdan saat 19:55-də havaya qalxıb, lakin Moskvada yaranmış mürəkkəb şərait səbəbindən uçuş planı dəyişdirilib.

Azərbaycan mediasının məlumatına görə, hazırda həmin reysin sərnişinləri Sankt-Peterburq hava limanında saxlanılır və Moskvaya növbəti reysə köçürülməni gözləyirlər. Bildirilir ki, vəziyyət təkcə bu reyslə məhdudlaşmır.

Qeyd olunur ki, gün ərzində Moskvanın əsas hava limanlarında - Şeremetyevo, Domodedovo və Vnukovoda onlarla reys gecikdirilib və ya ləğv edilib. Mövcud durumun kütləvi xarakter daşıdığı vurğulanır.

“Cebheinfo.az”

Chosen
32
4
cebheinfo.az

10Sources