EN

Makron Putinə görə bu liderlə mübahisə etdi

Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merz arasında gərginlik yaranıb.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” qəzeti məlumat yayıb.

Bildirilib ki, Fransa liderinin Rusiya rəhbərliyi ilə dialoqu bərpa etməyi təklif etməsindən sonra vəziyyət daha da şiddətlənib.

“Görünür, Makron bu addımını Merzlə razılaşdırmayıb. İki lider arasındakı fikir ayrılıqlarını gizlətmək getdikcə çətinləşir”, – deyə bildirilib.

Qeyd edək ki, ötən həftə Makron Avropa ölkələrinin Rusiya ilə dialoqun bərpasından faydalanacağını bildirmişdi./Globalinfo.az

Chosen
59
1
turkustan.az

2Sources