EN

La Liqa klubunun məşqçisi uşaqları ilə birlikdə faciəvi şəkildə öldü

“Valensiya”nın qadın komandasının məşqçisi Fernand Martin üç övladı ilə birlikdə faciəvi şəkildə həlak olub.

Publika.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə İndoneziyanın şərqində, Padar adası yaxınlığında yerləşən Komodo Milli Parkının sularında baş verib. Martin və övladları mindikləri gəminin qəzaya uğraması nəticəsində həyatlarını itiriblər.

“Valensiya” futbol klubu qadın komandasının məşqçisi Fernando Martinin və üç övladının İndoneziyada baş verən su qəzası nəticəsində faciəvi şəkildə vəfat etməsi ilə bağlı dərin hüzn içindədir. Yerli hakimiyyət orqanları bu məlumatı təsdiqləyib. Ruhun şad olsun”, — deyə klubun açıqlamasında bildirilir.

Chosen
46
publika.az

1Sources