EN

Goranboyda ər-arvad dəm qazından zəhərləndi

Goranboyda ər-arvad dəm qazından zəhərlənib.

Azreform.info Teleqraf-a istinadla xəbər verir ki, 1975-ci il təvəllüdlü Aqşin Qəribov və 1982-ci il təvəllüdlü Aynurə Qəribova dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hər iki şəxsə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
28
9
azreform.info

10Sources