EN

2025-in sensasiyası bu seçildi

Məşhur “Sherdog” saytı MMA-da “İlin sensasiyası” nominasiyası üzrə qalibi açıqlayıb.


Manset.az xəbər verir ki, mükafat rusiyalı UFC döyüşçüsü Pyotr Yana Merab Dvalişvili üzərində qazandığı qələbəyə görə verilib.

“MMA azarkeşləri onların oktaqona daxil olduğu an əvvəlki döyüşü dərhal unutdu. Yan həmişə döyüşə tədricən qoşulan idmançı kimi tanınırdı, amma bu dəfə o, ilk saniyələrdən tempi artırdı və aqressiv üslubu ilə çempionu geri çəkilməyə məcbur etdi.

Ən gözlənilməz məqam isə Yanın bir neçə dəfə ayaqlara keçid cəhdindən müdafiə olunduqdan sonra özü Dvalişvilini parterə salmağa başlaması oldu. Bunu ondan daha əvvəl görməmişdik. Beşinci raundun bitiş siqnalı səslənəndə Yanın və Dvalişvilinin bədən dili 2023-cü ildəki döyüşləri ilə müqayisədə tam əks idi. İndi onların trilogiyası təkcə real deyil, həm də zəruri görünür”, — deyə açıqlama qeyd olunur.

Dvalişvili (21-5) üzərindəki qələbə Pyotr Yanın MMA karyerasında 20-ci qələbəsi olub.

Chosen
39
1
manset.az

10Sources