Idman.biz saytına istinadən ain.az xəbər verir.
Almaniyanın “Bavariya” komandasının hücumçusu Harri Keyn Almaniyaya uyğunlaşma prosesi çərçivəsində alman dilini öyrənməkdə çəkdiyi çətinliklər barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu “Bild” nəşrinə açıqlamasında hazırda həftədə iki dəfə dərs aldığını və artıq komanda daxilində deyilənləri daha yaxşı başa düşməyə başladığını bildirib.
“Düzünü desəm, bu çox çətindir. Amma mən həftədə iki dərs almağa çalışıram. Elə bir səviyyəyə çatmışam ki, paltardəyişmə otağında uşaqlar danışanda getdikcə daha çox başa düşürəm. Ümid edirəm ki, mövsümün sonuna qədər qısa söhbət edə biləcəyəm və ya hətta ilk müsahibəmi alman dilində verəcəyəm. Hazırda ünsiyyət üçün müəyyən səylər göstərirəm. Sevimli alman sözüm “Tor”dur (Azərbaycan dilində - qol)”, - deyə Keyn bildirib.
Qeyd edək ki, Harri Keyn cari mövsümdə bütün turnirlər üzrə “Bavariya”nın heyətində 25 oyunda 30 qol vurub və üç məhsuldar ötürmə edib.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.