EN

“Putin sülh danışıqlarından imtina etdiyini açıq bəyan etdi“ “Deutsche Welle“

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Kreml rəhbəri Ukraynaya qarşı müharibənin yalnız hərbi yolla davam etdiriləcəyini bildirib..."

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarına marağının faktiki olaraq qalmadığını açıq şəkildə etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

"Marağımız demək olar ki, sıfra enib"

Kreml rəhbəri bu bəyanatı Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqəsinə səfəri zamanı, Rusiya ordusunun cəbhədə guya "əhəmiyyətli uğurlar" əldə etməsi ilə bağlı məruzələrdən sonra səsləndirib. Kremlin yaydığı məlumata görə, Putin səfər zamanı Baş Qərargah rəisi Valeri Gerasimov və digər generalların hesabatlarını dinləyib.

Məruzələrdə Rusiya qoşunlarının müxtəlif istiqamətlərdə hücum əməliyyatlarını "uğurla" davam etdirdiyi, Sumi, Xarkov, Donetsk və Zaporojye vilayətlərində bir sıra yaşayış məntəqələrinin guya "nəzarətə götürüldüyü" iddia olunub. Xüsusilə Mirnoqrad və Qulyaypolenin ələ keçirildiyi, Konstantinovkada isə "təmizləmə" əməliyyatlarının davam etdiyi bildirilib.

Bu məlumatlardan sonra Putin bildirib ki, cəbhədəki mövcud temp fonunda Rusiyanın Ukrayna qoşunlarının mövqelərindən çıxarılması ilə bağlı marağı "praktiki olaraq sıfıra enib". "Əgər Kiyev hakimiyyəti münaqişəni sülh yolu ilə bitirmək istəmirsə, qarşıda duran bütün vəzifələri xüsusi hərbi əməliyyat çərçivəsində silah gücü ilə həll edəcəyik", - o, vurğulayıb.

Kiyev iddiaları dezinformasiya adlandırır

Putin çıxışında yenidən Ukraynanı müharibəni "başlatmaqda" və sülh yolunu seçməməkdə ittiham edib. O, Qərbdə guya Kiyevə "münaqişəni layiqli şərtlərlə bitirməyi" tövsiyə edən siyasətçilərin ortaya çıxdığını da iddia edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Mirnoqrad və Qulyaypolenin ələ keçirilməsi ilə bağlı açıqlamaları faktlarla təsdiqlənməyən dezinformasiya adlandırıb. Ukrayna tərəfinin bildirdiyinə görə, Qulyaypolda müdafiə əməliyyatı davam edir, Mirnoqrad istiqamətində isə Rusiya ordusu planlarını reallaşdıra bilmir.

Analitiklərin məlumatına əsasən, bəzi istiqamətlərdə Rusiya qüvvələrinin itkiləri Ukrayna itkilərini dəfələrlə üstələyir.

Putinin son açıqlamaları Moskvanın sülh danışıqlarından uzaqlaşaraq müharibəni yalnız hərbi yolla davam etdirmək niyyətində olduğunu bir daha nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
1
moderator.az

2Sources