EN

Ermənistan Azərbaycana meyvə, konyak, ət ixrac etmək barədə düşünür

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan Azərbaycana mal ixrac etməyi düşünür.

AzPost-un mlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərin iki ölkə arasında ticarət əlaqələrinin perspektivləri ilə bağlı suallarına cavab olaraq bildirib.

Nazirin sözlərinə görə, yaxın gələcəkdə təkcə Azərbaycandan yeni idxal deyil, həm də Ermənistandan Azərbaycana ixrac mümkündür: “Hər şey mümkündür. Hazırda Gürcüstan Dəmir Yollarından tranzit üçün kifayət qədər rəqabətli qiymət almışıq. İnanıram ki, həm Gürcüstan, həm də Azərbaycan tərəfləri daha bir uğurlu müqavilə elan edəcəklər”.

Ermənistanın iqtisadiyyat naziri qeyd edib ki, potensial kifayət qədər genişdir. Papoyan qeyd edib ki, nəzərdən keçirilən potensial ixrac məhsullarına alüminium və alüminium folqa, kənd təsərrüfatı məhsulları, o cümlədən heyvandarlıq, meyvə-tərəvəz, müəyyən içkilər və tekstil daxildir. Bu tədarüklərin logistikası hazırda müzakirə olunur.

19 dekabrda Azərbaycandan 1218 ton benzin daşıyan 22 vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatıb. Bu, müstəqillikdən bəri Ermənistanla Azərbaycan arasında ilk birbaşa ticarət müqaviləsi olub.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
azpost.info

2Sources