EN

Qadınların ilk doğuş yaşı artır: əhali artımı təhlükədə

Rusiyada qadınların ilk uşağı dünyaya gətirdiyi orta yaş 31 olaraq müəyyənləşdirilib.

Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyasının (RAO) vitse-prezidenti Gennadi Onişenko TASS-a açıqlamasında bildirib.

Onişenkonun sözlərinə görə, Avropa ölkələrində ilk doğuşun orta yaşı daha yüksəkdir — 32–34 yaş. Lakin akademik vurğulayıb ki, bu fakt Rusiyanın demoqrafik problemlərini yüngülləşdirmir:

“Biz özümüzü bununla ovuduruq ki, Avropada ümumiyyətlə 32–34-dür. Amma bu bizi rahatlatmamalıdır, biz öz ağlımızla yaşamalıyıq”, — deyə Onişenko qeyd edib.

Açıqlamada bildirilib ki, doğum göstəricilərinə görə Dağıstan, İnquşetiya və Moskva lider mövqedədir. Eyni zamanda, xüsusilə iri şəhərlərdə ilk analığın yaşının yüksəlməsi demoqraflar üçün ciddi çağırış sayılır. Bu tendensiya “reproduktiv pəncərənin” daralmasına və ailədə potensial uşaq sayının azalmasına səbəb olur.

Chosen
26
news365.az

1Sources