EN

“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması

style='margin-bottom:10px;'>

“Real”ın hücumçusu Vinisius Junior bir müddətdir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad”ın  klubunun transfer hədəfindədir.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, klubun dman direktoru Ramon Planes braziliyalı oyunçunun mümkün transferindən danışıb: 

“Bəli, Vinisiusun Səudiyyə Ərəbistanına keçəcəyini asanlıqla təsəvvür edə bilirəm”.

“Real” azarkeşlərinin də böyük əksəriyyəti Vinisius Juniorun klubdan ayrılmasının ən doğru qərar olacağını düşünür. Sorğuda iştirak edən fanatların 86 faizi braziliyalı hücumçunun “Real”dakı mövqeyinin artıq ciddi şəkildə zədələndiyini və onun satılmasının məqsədəuyğun olduğunu bildirib.

Qeyd edək ki, bu mövsümdə Vinisius Junior “Real”ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Chosen
18
1
teleqraf.com

2Sources