Misli Premyer Liqasının ilk hissəsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, 2025/26 mövsümünün arxada qalan hissəsində 22 qapıçı meydanda olub. Meydana çıxan qolkiperlərdən 17-si qapısını toxunulmaz saxlamağı bacarıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Ən çox "quru oyun" keçirən qapıçılar Oleq Baklov ("Turan Tovuz") və Stas Pokatilovdur ("Sabah") - 8 oyun.
"İmişli" qapısını qoruyan Andrey Sinenka 7, Kenan Piriç ("Neftçi") və Rikardo Fernandes ("Şamaxı") isə 6 belə oyun keçirib.
Mövsümün ən uzun rekordu isə Sinenkadır. O, cari mövsümün ilk 5 oyununda qol buraxmamağı bacarıb. O, 529 dəqiqə qapısında qol görməyib.
"Qarabağ"da çıxış edən Şahruddin Məhəmmədəliyevin rekordu isə davam edir. Onun hazırda davam edən toxunulmazlıq seriyası 468 dəqiqəyə bərabərdir.