EN

Naxçıvanda qəza: 8 kəndin qazı kəsildi

ain.az bildirir, Axar.az portalına istinadən.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

Axar.az xəbər verir ki, hadisə zamanı D-159-luq qaz xətti qırılıb. Təhlükəsizliklə əlaqədar rayonun Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı, Vayxır və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşandan sonra ərazidə təbii qazın verilişi təmin ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
12
axar.az

10Sources