AZ

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

Bizim.Media xəbər verir ki, hadisə zamanı D-159-luq qaz xətti qırılıb. Təhlükəsizliklə əlaqədar rayonun Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı, Vayxır və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşandan sonra ərazidə təbii qazın verilişi təmin ediləcək.

Bizim.Media

Seçilən
36
11
bizim.media

10Mənbələr