EN

“Fənərbağça” ulduz futbolçuya "elçi düşdü" - 40 milyon ödəyəcək

Qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyən Türkiyənin "Fənərbağça" klubunun bu mövqe üçün əsas hədəfi müəyyənləşib.

Day.Az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya "İnter"indən Davide Frattezini heyətinə qatmağa çalışacaq.

Mənbənin məlumatına görə, "Fənərbağça" 26 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Frattezinin isə İtaliya millisinin heyətində DÇ-2026-ya yollanmaq üçün öz ölkəsindəki klublardan birinə keçmək istəyində olduğu bildirilir.

"Sarı-lacivərdlilər" daha əvvəl Niderlandın PSV komandasından Coui Vermanı transfer etmək istəsə də, tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, Davide Frattezi 2023-cü ildən "İnter"in şərəfini qoruyur. O, cari mövsüm ərzində 14 oyunda iştirak edib və iki məhsuldar ötürmə müəllifi olub.

Chosen
20
4
day.az

5Sources