EN

Krasnodar və Kuban vilayətlərinin bir sıra şəhərlərində partlayışlar olub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını zərərsizləşdirməyə çalışır...

Poliqon xəbər verir ki, Rusiyanın Krasnodar şəhəri və Kuban bölgəsinin digər yaşayış məntəqələri üzərində bir neçə partlayış səsi eşidilib. Yerli sakinlərin SHOT teleqram kanalına bildirdiyinə görə, hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarına qarşı fəaliyyət göstərib. İlkin məlumatlara əsasən, hücumda “Lyutıy” tipli dronlardan istifadə olunub.

Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 22:30 radələrində şəhərin şərq və şimal hissələrində təxminən beş partlayış eşidilib. Sakinlər səmada parlaq işıq saçmaları gördüklərini, eyni zamanda mühərrikdən gələn xoşagəlməz gurultulu səsin açıq şəkildə eşidildiyini bildiriblər. Onların dediyinə görə, pilotsuz uçuş aparatları olduqca alçaq hündürlükdə hərəkət edib.

Hazırda xəsarət alanlar və ya dağıntılar barədə rəsmi məlumat yayılmayıb. Eyni zamanda Kubanın digər şəhərlərində, Primorsko-Axtarsk, Yeysk və Slavyansk-na-Kubani ərazilərində də partlayış səslərinin eşidildiyi bildirilir.

Təhlükəsizlik məqsədilə Krasnodar hava limanında müvəqqəti olaraq hava gəmilərinin qəbulu və buraxılışı məhdudlaşdırılıb. Vəziyyətlə bağlı rəsmi qurumların açıqlamalarının gözlənildiyi qeyd olunur.

Poliqon.info

Chosen
60
poliqon.info

1Sources