EN

Avropa silkələndi: Kenan Yıldız Premyer Liqaya doğru

Avropa futbolunda transfer gündəmi yenidən qızışıb.

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi “Liverpul” ulduz futbolçusu Məhəmməd Salahın mümkün ayrılığı fonunda onun yerini doldurmaq üçün yeni plan üzərində çalışır.

Almaniyanın nüfuzlu BILD nəşrinin yaydığı məlumata görə, “qırmızılar” bu boşluğu “Yuventus”un gənc istedadı Kenan Yıldız ilə doldurmaq niyyətindədir.

Bu mövsüm göstərdiyi möhtəşəm performansla diqqətləri üzərinə çəkən Kenan Yıldız artıq Avropanın aparıcı klublarının radarındadır. Gənc yaşına baxmayaraq, meydandakı yetkin oyunu, texnikası və həlledici epizodlardakı soyuqqanlılığı onu transfer bazarının ən çox danışılan adlarından birinə çevirib.

Mənbənin məlumatına görə, “Yuventus” Kenan Yıldız üçün gələn təklifləri diqqətlə dəyərləndirməyə hazırdır. Hazırda futbolçunun bazar dəyəri 75 milyon avro civarında qiymətləndirilir. “Liverpul”un isə bu transfer üçün ciddi maliyyə planı hazırladığı bildirilir.

Türkiyəli ulduzun Premyer Liqa kimi yüksək temp və rəqabət mühitində necə parlayacağı isə artıq indidən maraq mövzusuna çevrilib.

Kamil Xudiyev

Chosen
18
1
fanat.az

2Sources