Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Redaktor.az-a verilən məlumata görə, qəza səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
