ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başa çatıb.
Xezerxeber.az xəbər verir ki, tərəflər 3 saatdan çox davam edən görüşün sonunda birgə bəyanatla çıxış ediblər.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüş sonrası birgə mətbuat konfransında görüşümüz əla keçdi deyib:

"Kimsə deyə bilər ki, biz 95 faiz məsələləri əhatə etdik. Bilmirəm neçə faizdir, amma buna son qoymaq üçün çox irəliləyiş əldə etdik. Bu, həqiqətən də İkinci dünya müharibəsindən bəri ən ölümcül müharibədir”,- deyə Tramp vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, görüşdə sülh planının bütün aspektləri müzakirə olunub.

“20 bəndlik sülh planı 90 faiz, ABŞ-Ukrayna təhlükəsizlik zəmanətləri və hərbi aspektlər 100 faiz razılaşdırılıb. ABŞ-Avropa-Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Rifah planı tamamlanma mərhələsindədir və biz bunu da müzakirə etdik. Təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”,- deyə Zelenski əlavə edib.