AZ

Tramp və Zelenski görüşdən sonra mətbuat konfransıkeçirdilər -VİDEO

Zelenski ilə möhtəşəm görüş keçirdik. Bir çox şeyi müzakirə etdik.

 

Senzor.az bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşsonrası birgə mətbuat konfransında deyib. 

 

Dövlət başçısı görüş zamanı Zelenski iə birgə Avropa liderləri ilə telefonla danışdığını vurğulayıb.

 

“Görüşümüz əla keçdi. Kimsə deyə bilər ki, biz 95 faiz məsələləri əhatə etdik. Bilmirəm neçə faizdir, amma buna son qoymaq üçün çox irəliləyiş əldə etdik. Bu, həqiqətən də İkinci Dünya müharibəsindən bəri ən ölümcül müharibədir”,- deyə Tramp vurğulayıb.

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, görüşdə sülh planının bütün aspektləri müzakirə olunub: “ABŞ-da bütün mövzular üzrə həqiqətən də əla müzakirələr apardıq. Amerika və Ukrayna komandalarının əldə etdiyi irəliləyişi yüksək qiymətləndiririk”.

 

“20 bəndlik sülh planı 90 faiz, ABŞ-Ukrayna təhlükəsizlik zəmanətləri və hərbi aspektlər 100 faiz razılaşdırılıb. ABŞ-Avropa-Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Rifah planı tamamlanma mərhələsindədir və biz bunu da müzakirə etdik. Təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”,- deyə Zelenski əlavə edib.

 

Seçilən
46
50
senzor.az

10Mənbələr