EN

Sabah hava necə olacaq?

Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 1-3°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 %  təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° şaxta olacaq.

 

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Chosen
49
50
senzor.az

10Sources