EN

İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Araqçi ilə SəudiyyəƏrəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasındatelefon danışığı baş tutub.

Trend xəbər verirki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlər,regional və beynəlxalq məsələlər, eləcə də Yəməndə baş verənhadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Abbas Araqçi Yəmənin cənubundakı vəziyyətə diqqətçəkərək ölkənin ərazi bütövlüyünün qorunması üçün yol xəritəsininhazırlanmasının vacibliyini vurğulayıb.

Araqçi İsrailin Livana hücumlarını pisləyib və beynəlxalqictimaiyyəti Livan xalqına qarşı hücumların dayandırılması üçünməsuliyyət daşımağa çağırıb.

Feysəl bin Fərhan isə regional sülhün təmin olunması üçünəməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib və İsrailinbaş verənlərə görə məsuliyyət daşımalı olduğunu bildirib.

Chosen
54
2
az.trend.az

3Sources