Ukraynada atəşkəs və davamlı sülhün əldə edilməsi Avropa İttifaqında iqtisadi artıma və yeni Avropa intibahına səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Ekspertlərin fikrincə, Ukrayna böhranı Kiyev üçün əlverişli şərtlərlə başa çatarsa, Avropa iqtisadiyyatında investisiyaların artması və inkişafın sürətlənməsi mümkündür.
Sorğuda iştirak edən ekspertlərin əksəriyyəti hesab edir ki, Avropanın iqtisadi artımı əsasən Almaniyanın müdafiə və infrastruktura 1 trilyon avro investisiya qoymaq niyyətindən qaynaqlanacaq.
Lakin bəzi ekspertlər bu ehtimala şübhə ilə yanaşırlar. Onların fikrincə, Almaniya kapitalı geosiyasi qeyri-müəyyənliyi aradan qaldırmaq üçün kifayət etməyə bilər.