EN

"Rabitəbank"ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək

 12 fevral 2026-cı il saat 17:00-da “Rabitəbank” ASC-nin  səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq  Bakı şəhəri, Füzuli küçəsi 71 (Rabitəbank ASC-nin inzibati binası) ünvanında olacaq.

Yığıncağın gündəliyi:

1. Bankın 2025-ci maliyyə ili üzrə balans, mənfəət və zərər haqqında hesabatının təsdiqi

2. Bankın audit komitəsinin hesabatının təsdiqi

3. Bankın səhmdarlarına dividendlərin ödənilməsi

4. Bankın müşahidə şurası üzvlərinə mükafatın ödənilməsi

5. “Capital Partners” İnvestisiya Şirkəti QSC-nin müşahidə şurasının tərkibinin təsdiq edilməsi

6. “Capital Partners” İnvestisiya Şirkəti” QSC-nin “Rabitəbank” ASC adından qərar verməsi ilə bağlı səlahiyyətli orqan və ya şəxsin təyin edilməsi

7. “Capital Partners” İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalının artırılması

8. Təşkilati və cari məsələlər.

Chosen
30
2
fed.az

3Sources