EN

Ilin son iki günüG1–G2 səviyyəli geomaqnit qasırğası gözlənilir

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 30–31 dekabr tarixlərində qeyri-sabit kosmik hava şəraitinin müşahidə olunacağını açıqlayıb.

Rəsədxananın məlumatına görə, rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri nəticəsində Yerə təsir edən kosmik hava şəraiti dəyişkən olacaq, geomaqnit aktivliyin qısa müddətlərdə G1–G2 səviyyəsinə yüksəlməsi istisna edilmir.

Mütəxəssislər bildirirlər ki, G1–G2 səviyyəli geomaqnit qasırğaları əsasən zəif və orta intensivlikli hesab olunur, lakin həssas elektron sistemlərdə və radiorabitədə qısamüddətli pozuntulara səbəb ola bilər.

Aytac 

Chosen
26
anews.az

1Sources