EN

Kroyf Niderland nəhəngi ilə anlaşdı - RƏSMİ

"Barselona"nın sabiq idman direktoru Yordi Kroyf bundan sonra vətənində çalışacaq.

Fanat.Az xəbər verir ki, niderlandlı məşhur Yohan Kroyfun oğlu olan funksioner "Ayaks"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, texniki direktor vəzifəsinə təyin olunub.

51 yaşlı Yordi Kroyf 2026-cı ilin fevralında işə başlayacaq. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yordi Kroyfun son iş yeri İndoneziya millisi olub. Sözügedən ölkənin əsas komandasında strateji məsləhətçisi kimi fəaliyyət göstərən oğul-Kroyf daha əvvəl "Şençjen", "Çunqin Lifan", Ekvador millisi və İsrailin "Makkabi" (Təl-Əviv) klubunda da işləyib.

Chosen
33
1
fanat.az

2Sources