ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.
“Qafqazinfo” xəbər verir ki, siyahı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə linkəkeçid etməklə tanış ola bilərsiniz.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.