EN

Papa XIV Leo Ukraynaya 100 min porsiya şorba göndərib

Roma Papası XIV Leo Ukraynanın regionlarına üç yük maşını humanitar yardım göndərib.

Bu barədə məlumatı Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti yayıb.

Qeyd edilir ki, yardımın tərkibinə 100 min porsiya dehidratlaşdırılmış şorba daxildir.

"Bir qədər su əlavə edildikdə toyuq və tərəvəzlə zəngin, qidalı şorbalara çevrilən yüz min paket", - deyə məlumatda vurğulanır.

Ərzaq yardımı ən çox atəşə məruz qalan cəbhəyanı bölgələrdə paylanacaq.

"Cebheinfo.az" 

Chosen
33
18
cebheinfo.az

10Sources