EN

Növbəti 2 günün havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Dekabrın 30-31-i tarixlərində geomaqnit qasırğası gözlənilir.


Manset.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə sözügedən tarixlərdə əsasən qeyri-sabit kosmik hava şəraiti gözlənilir, aktivliyin qısa periodlarla G1-G2 səviyyəsinə yüksələcəyi istisna edilmir.

Qeyd olunub ki, avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-10%, orta geomaqnit enliklərdə isə 10-1%-dir.

Chosen
21
11
manset.az

10Sources