Dekabrın 30-31-i tarixlərində geomaqnit qasırğası gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə sözügedən tarixlərdə əsasən qeyri-sabit kosmik hava şəraiti gözlənilir, aktivliyin qısa periodlarla G1-G2 səviyyəsinə yüksələcəyi istisna edilmir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-10%, orta geomaqnit enliklərdə isə 10-1%-dir.