EN

Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq: Gələcək hədəflər müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədriAnar Quliyev BMT-nin Azərbaycandakı rezidentəlaqələndiricisi Vladanka Andreyeva ilə ölkəmizdə diplomatikfəaliyyətinin başa çatması münasibətilə səmimi görüş keçirib.

Bu barədə Trend-ə komitədən məlumat verilib.

Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında 2026–2030-cuillər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair ÇərçivəSənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikirmübadiləsi aparılıb. Qeyd edilib ki, bu sənəd Azərbaycanın MilliPrioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçünmühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən“Dayanıqlı şəhərlər və icmalar”ın icrasına əhəmiyyətli töhfəverir.

Anar Quliyev Rezident əlaqələndirici kimi fəaliyyəti dövründəgöstərdiyi şəxsi fəallığa və konstruktiv tərəfdaşlığa görə qonağatəşəkkürünü bildirib. Qarabağ və Şərqi Zəngəzurda Milli ŞəhərsalmaForumlarının keçirilməsi, eləcə də 13-cü Ümumdünya ŞəhərsalmaForumuna hazırlıq çərçivəsində aparılan səmərəli və məzmunlu dialoqxüsusilə vurğulanıb.

Chosen
47
50
az.trend.az

10Sources