AZ

Azərbaycan və Qırğızıstan şəhərsalma-memarlıq sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı. Trend:

Azərbaycan və Qırğızıstan şəhərsalma-memarlıq sahəsindəəməkdaşlıq məsələlərini müzakirə ediblər.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri Anar Quliyev öz “X” hesabında paylaşım edib.

"Bu gün Qırğız Respublikasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Maksat Mamıtkanov ilə ölkələrimiz arasındastrateji tərəfdaşlıq və şəhərsalma-memarlıq sahələrindəəməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.

Xüsusi olaraq, işğaldan azad olunmuş ərazilərimizin bərpası vəyenidənqurulması istiqamətində Qırğızıstanın göstərdiyi qardaşdəstəyini yüksək qiymətləndiririk. Cari ildə Ağdam rayonununXıdırlı kəndində məktəb binasının açılışı bu dəstəyin ən yaxşınümunələrindəndir. İnanırıq ki, Qırğızıstanla gələcəkdə birgəlayihələrimizi daha da uğurla inkişaf etdirəcəyik.

Sonda Qırğızıstan tərəfini 2026-cı ildə Bakıda keçiriləcəkÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13Azerbaijan) fəal iştirak etməyə dəvət etdik”, - o qeyd edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
18
50
az.trend.az

10Mənbələr