EN

2026 cı il regionumuza və Azərbaycana yeni uğurlar, sabitlik və inkişaf gətirəcək



“Cənubi Qafqaz regionunda balans Azərbaycan -Türkiyə müttəfiqlərinin xeyrinə dəyişib. Bakı güc mərkəzinə çevrilib və regionun gələcək məsuliyyəti üzərinə düşüb. Bu gün Cənubi Qafqaz Azərbaycanın yürütdüyü siyasətdən asılı haldadır desək yanılmarıq”.

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, artıq cari il yekunlaşır və bir il ərzində sülh, təhlükəsizlik və inteqrasiya ilə bağlı çox böyük işlər görülüb:

“Azərbaycanın sistemli, dinamik və uzaqgörən xarici siyasəti nəticəsində regionu risk altında qoyan Ermənistanla Azərbaycan arasında gələcək gərginlik ocağı demək olar ki, aradan qaldırıldı. 8 avqustda iki dövlət arasında sülh sazişi paraflandı. Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə edildi. Bütün bunlar məhz prezident İ.Əliyevin uğurlu diplomatik gedişlərinin bəhrəsi idi”.

Əli Orucov qeyd edib ki, 2026-cı il üçün ən böyük gözləntilərimiz paraflanmış sülh sazişinin yekun sazişlə möhürlənməsidir:

“TRİPP yolunun yəni Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri üçün stimullaşdırıcı təsir bağışlayardı. Ancaq bununla belə bəzi faktor və riskləri də gözardı etməməliyik. Əgər Ukraynada Rusiya istəklərini alsa o zaman Cənubi Qafqazda itirdiyi mövqeyini bərpa etmək üçün ekspansiyasını artıracaq. Ritorikasını və üslübünü sərtlşdirəcək. Belə hal isə arzuolunan deyil”.

Əli Orucov onu da deyib ki, İran region üçün ciddi və real təhlükə deyil:

“Əsas təhlükə həmişə olduğu kimi Şimaldan gələcək. Bunun qarşısını almaq üçün Ankara-Bakı-Tiflis üçbucağı gücləndirilməli İrəvan da nəzarətdə saxlanılmalıdır. Sülh sazişi imzalanacağı təqdirdə Ermənistanın da inteqrasiya imkanlarına baxıla bilər. ABŞ və Aİ ilə əlaqələrin möhkəmləndirilməsi və şaxələndirilməsi Rusiya üçün çəkindirici faktordur. Bu istiqamətdə də düşünürəm ki, fəallığa ehtiyac var. Ümid edək ki, 2026 cı il regionumuza və Azərbaycana yeni-yeni uğurlar, sabitlik və inkişaf gətirəcək”.

Süleyman
Chosen
7
1
newscenter.az

2Sources