EN

Zelenski və Putin beş ildən sonra ilk dəfə telefonla danışa BİLƏRLƏR

Ajans.az xəbər verir ki,bu barədə Fox News danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Zelenski ilə Putin arasında birbaşa telefon əlaqəsinin qurulması Donald Tramp üçün mühüm diplomatik nailiyyət kimi qiymətləndirilə bilər. Bildirilir ki, Zelenski Ağ Ev rəhbəri ilə Floridadakı Mar-a-Laqo iqamətgahında görüşdən əvvəl müəyyən gərginlik yaşayıb. Mənbə qeyd edib ki, Ukrayna prezidenti adətən bu cür yüksək səviyyəli danışıqlara ciddi şəkildə hazırlaşır, ölkənin xarici siyasət qurumları tərəfindən hazırlanan materialları ətraflı şəkildə öyrənir. Qeyd edək ki, Vladimir Putin və Vladimir Zelenski sonuncu dəfə 26 iyul 2020-ci ildə telefonla danışıblar. Kremlin məlumatına görə, həmin söhbət Kiyevin təşəbbüsü ilə baş tutub. Bu arada, Donald Tramp və Vladimir Zelenski Floridada ABŞ prezidentinin iqamətgahı olan Mar-a-Laqoda görüş keçiriblər. Görüşdən sonra tərəflər hərbi əməliyyatlara son qoyulması ilə bağlı mümkün razılaşma üzrə mövqelərinin əhəmiyyətli dərəcədə yaxınlaşdığını bildiriblər. Eyni zamanda, əsas məsələlərin, xüsusilə ərazi problemi və Donbasın gələcəyi ilə bağlı hələ də razılaşmanın əldə olunmadığı etiraf edilib. Donald Tramp vurğulayıb ki, yaxın bir neçə həftə ərzində danışıqların konkret razılaşmalarla nəticələnib-nəticələnməyəcəyi aydın olacaq. Xatırladaq ki, bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsi ilə bağlı “könüllülər koalisiyası”nın iclasının keçiriləcəyini elan edib.

 

Chosen
14
50
Ajans.az

10Sources