ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt sosial şəbəkədə yazıb:
“Prezident Tramp Rusiya lideri Putinlə Ukrayna ilə bağlı pozitiv söhbət aparıb”, - o qeyd edib.
Daha sonra Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Amerika lideri rusiyalı həmkarına Mar-a-Laqoda Ukrayna tərəfi ilə danışıqların nəticələri barədə məlumat verib.