EN

Əsəd tərəfdarları sakitləşmək istəmirlər: Onlar Suriyada xaos planlaşdırırlar

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

8 dekabr 2024-cü il səhəri 61 illik Bəəs rejimi və 54 illik Əsəd sülaləsi Həyat Təhrir əş-Şamın (HTS) rəhbərlik etdiyi müxalif qüvvələrin Dəməşqə girməsi ilə sona çatdı və Əsəd tərəfdarları, o cümlədən devrilmiş lider Bəşər Əsəd və ailəsi ölkəni tərk etməyə başladılar.

Bizimyol.info xəbər verir ki, "New York Times" qəzetinin verdiyi məlumata görə, Rusiyaya qaçaraq orada sığınacaq tapmış Əsədə yaxın olan, ölkədən qaçmış bəzi şəxslər bu yaxınlarda Əhməd Şaraanın rəhbərlik etdiyi yeni Suriya hökumətini zəiflətmək və əhalisinin əksəriyyətinin ələvilərin olduğu sahil bölgələrinə nəzarəti ələ keçirmək üçün planlar qurmağa başlayıblar.

Hesabatda qeyd olunur ki, planın mərkəzində "Pələng" kimi tanınan keçmiş xüsusi təyinatlı qüvvələr komandiri Süheyl Həsən və keçmiş hərbi kəşfiyyat rəisi general-mayor Kamal Həsən dayanır, Dördüncü Diviziyanın keçmiş komandiri Giyas Dallanın isə potensial döyüşçülərə və yerli komandirlərə adambaşına 200 dollardan 1000 dollara qədər aylıq ödənişlər etdiyi iddia edilir.

Sözügedən şəxslərin ələ keçirilən yazışmalarının araşdırıldırılmasısına əsasən bildirilir ki, Suriya sahili boyunca müxtəlif kəndlərdən 168.000 döyüşçünün toplandığı; onlardan 20.000-nin pulemyot, 331-nin zenit silahı, 150-nin tank əleyhinə qumbara daşıdığı və aralarında 35 snayperin də olduğu iddia edilir.

Digər tərəfdən, bu ayın əvvəlində "Reuters"in verdiyi xəbərdə Əsədin Suriyadakı təsirini itirməsindən qəzəbləndiyi və dağınıq rejim kadrlarının Suriya sərhədi boyunca yeni silahlı qruplar yaratmaqla hakimiyyət uğrunda mübarizə apardığı iddia edilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
94
icma.az

1Sources