EN

Tramvay xəttləri bərpa edilməlidirmi? ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Demək olar ki, hər gün Bakıda tıxacların olması insanlarda narahatlıq doğurur.

Vətəndaşlar xüsusilə sosial şəbəkələrdə vəziyyətdən çıxış yollarını yazırlar.

İstəklərdən biri də budur ki, tramvay xəttləri bərpa olunsun.

Maraqlıdır, görəsən, belə şey dəyişən Bakıda mümkündürmü?

Ümumiyyətlə, xeyri olarmı?

Bu barədə Gununsesi.info -ya nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb.

O bildirib ki, Bakıda tramvay xəttlərini bərpa etmək mümkündür:

“İlkin təkliflər ondan ibarət olub ki, Mehdiabaddan qəsəbəsindən Binəqədidən keçməklə, Azadlıq prospekti, 28 maya qədər tramvay xətti ola bilər. İkinci bu xətt isə Bayıl qəsəbəsindən Binə qəsəbəsinə qədər ola bilər. Sadəcə, bu xəttlər rentabelli olmalıdır, ictimai nəqliyyatın yükünü götürməlidir. Daha dekorativ xarakter daşımamalıdır. Düşünürəm ki, yaxın gələcəkdə olacaq. Həm də bu, ictimai nəqliyyatın şaxələndirilməsinə gətirib çıxardacaq”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
icma.az

1Sources