Ajans.az xəbər verir ki,hava limanının onlayn uçuş lövhəsində yer alan məlumata görə, gecikən reyslərdən 11-i yola düşmə, 16-sı isə eniş reysləridir. Yola düşməsi gecikən reyslərin təyinat məntəqələri arasında Moskva, Sankt-Peterburq, Yekaterinburq və Perm şəhərləri var. Təxirə salınan eniş reyslərinin böyük hissəsi isə Moskvadan Kalininqrada həyata keçirilən uçuşlardır. Gecikmələrin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.